Merkel dördüncü dəfə kansler olmaq istəyir
Merkel dördüncü dəfə kansler olmaq istəyir
16 Noyabr 2016 / 13:38 / Baxış sayı: 494
Font1 Font2 Font3 Font4
Bizimxeber

Angela Merkel 2017-ci ildə dördüncü dəfə Almaniya kansleri postuna sahib olmaq üçün mübarizə aparmaq niyyətindədir. Bu barədə Merkelin yüksək vəzifəli partiya yoldaşı, Bundestaqın xarici siyasət üzrə komitəsinin başçısı Norbert Rettgen bildirib.

Bizimxeber.az Euronews telekanalına istinadla xəbər verir ki, Almaniya hökumətinin hazırkı başçısının özü isə hələlik rəsmi olaraq elektoral planlarını elan etməyib.

Yaxın Şərqdən və Şimali Afrikadan demək olar ki, nəzarətsiz şəkildə gələn mühacirlərin Avropa İttifaqı ölkələrində qəbulu ideyasını dəstəkləyənədək Angela Merkel Almaniyada yüksək populyarlığa malik idi. Bu gün isə onun miqrantlarla bağlı mövqeyindən nəinki bir çox seçici, həmçinin hakim koalisiyadakı bəzi tərəfdaşları da narazıdır.

Son sosioloji sorğuların nəticəsinə əsasən, almanların yarıdan çoxu Merkelin növbəti dəfə hökumətə başçılıq etməsini istəmir. Xatırladaq ki, Angela Merkel ilk dəfə 2005-ci ildə kansler seçilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə