Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Məktəb direktorlarına tapşırıq verildi – Yuxarı siniflərdə təhsil alan oğlan şagirdlərin…

2823.6 oxunma | Tarix: | 1 ay öncə
Dünən Bakı Şəhər Təhsil İdarəsində Bakının ümumtəhsil müəssisələrinin direktorları və tərbiyə işlərinə məsul şəxslərlə geniş görüş keçirilib.

Bizimxeber.az xəbər verir ki, “Movqe.az”ın etibarlı mənbədən əldə etdiyi məlumata görə,  görüşün keçirilməsinə səbəb 162 saylı məktəbdə baş verən intihar olayı ilə bağlı digər məktəblərdə önləyici tədbirlərin görülməsidir.

Mənbənin verdiyi məlumata görə, görüşdə bütün direktorlara tapşırıqlar verilib ki, pedoqoji heyyət şagirdlərlə münasibətə həssas yanaşmalı, problemli  ailələrdən gələn şagirdlərə diqqəti ikiqat artırmalıdırlar. Direktorlara, tərbiyə işlərinə məsul şəxslərə məktəblərin yuxarı siniflərində təhsil alan oğlan şagirdlərin davranışı, onların pis vərdişlərə aludəçiliyi ilə bağlı nəzarəti artırmaq da tövsiyyə olunub.

XƏBƏRLƏR:  Yeni icra başçısı özünə köməkçi təyin etdi

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə açıqlamasında faktı inkar edib. Bildirib ki, bu günlərdə direktorlarla belə bir görüş olmayıb. Amma qeyd olunan məsələlər hər zaman təhsili idarəetmə qurumlarının və məktəb direktorlarının diqqət mərkəzindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir