Mehriban Əliyevanın doğum günüdür
Mehriban Əliyevanın doğum  günüdür
26 Avqust 2016 / 10:55 / Baxış sayı: 936
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın doğum günüdür.

Bizimxeber.az-ın məlumatına görə, Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. O, həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir.

2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Eyni ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. 2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib.

Ailəlidir, iki qızı, bir oğlu var.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə