Mehriban Əliyeva Xemenezlə görüşdü
Mehriban Əliyeva Xemenezlə görüşdü
29 Sentyabr 2016 / 20:14 / Baxış sayı: 816
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Xemenezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizimxeber.az Azərtac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva Azərbaycan ilə Argentina arasında dostluq əlaqələrinin qurulduğunu, daha geniş əməkdaşlıq üçün potensialın mövcudluğunu diqqətə çatdırıb, ölkəmizin hər zaman müxtəlif dinlərin və millətlərin nümayəndələrinin bir ayara gəlməsinə çalışdığını bildirib.

Patrisia Xemenez Bakıya ilk dəfə səfər etdiklərini, şəhərin gözəlliyinin onlarda xoş təəssürat yaratdığını deyib.

Sonda Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim olunub.

Bizimxeber.az

Mehriban Əliyeva Xemenezlə görüşdü

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə