bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Medvedev Əli Əsədovu təbrik etdi

757 oxunma | Tarix: | 1 həftə öncə

Rusiyanın Baş Naziri Dmitri Medvedev Əli Əsədovu Azərbaycanın Baş Naziri vəzifəsinə seçilməyi münasibətilə təbrik edib. Bu barədə Rusiya Federasiyası hökumətinin mətbuat xidməti məlumat verib.

Medvedev qeyd edib ki, Rusiya və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri, eləcə də ticarət, iqtisadi və investisiya əməkdaşlığı davamlı inkişaf edir, enerji, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli layihələr həyata keçirilir.
“İkitərəfli əməkdaşlığın bütün spektrlərini daha da inkişaf etdirmək, yeni qarşılıqlı faydalı təşəbbüs və proqramları təşviq etmək üçün hökumət xəttində birgə işləməyə hazır olduğumu bildirmək istərdim”, – deyə Medvedev qeyd edib.
XƏBƏRLƏR:  Sabiq nazirlə eks-prezident köməkçisi arasında qarşıdurma: “Yalandır!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir