Medallarının alınmasına qəzəbləndi – İngiltərədə şok olay
Medallarının alınmasına qəzəbləndi – İngiltərədə şok olay
30 Sentyabr 2016 / 16:47 / Baxış sayı: 1140
Font1 Font2 Font3 Font4
Bizimxeber

İngiltərədə qadın atletin əslində kişi olduğu ortaya çıxıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli atletika qurumunun rəhbəri Ralf Knibbs məlumat verib. Onun sözlərinə görə, 41 yaşlı Lauren Yeska əslində kişi olaraq doğulub, sonradan cinsiyyətini dəyişdirib.

Belə ki, 1997-ci ildən Maykl Ceymson adıyla yarışlara qatılan atlet 3 il hormon müalicəsi görüb. Bundan sonra o, cinsiyyətini dəyişərək Lauren Yeska adını alıb. 3 il ərzində kişilərin yarışlarında bəzi uğurlar qazanmış Yeska, qadınların yarışlarında da çıxışını davam etdirib.

Knibbs Laurenlə bağlı həqiqəti ortaya çıxararaq onun medallarının əlindən alınmasını tələb edib. O hesab edir ki, Lauren əslində kişi olduğu üçün qadınlardan daha üstündür.

Knibbsin bu sözlərindən qəzəblənən stadionda onu öldürməyə cəhd edib. Yüngül atlet ələ keçirdiyi iki bıçaqla Aleksandr stadionunda federasiya rəhbərinə hücum edərək onu və iki köməkçisini yaralayıb. Polislər 41 yaşlı idmançını həbs ediblər.
Laurenin kiçik qardaşı Nik isə onun ciddi psixi problemləri olduğunu deyib. O, Laurendən başqa iki böyük qardaşının da olduğunu, ancaq onların faciəli şəkildə öldüklərini bildirib. Nik Yeskanın məhz bu hadisədən sonra psixi problemlərinin yarandığını və cinsiyyət dəyişdirmə əməliyyatına girdiyini açıqlayıb.

Həbsdə olan Lauren Yeskanın məhkəməsinin noyabrda başlayacağı bildirilib.

Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə