MDB-də sədrlik Rusiyaya keçəcək
MDB-də sədrlik Rusiyaya keçəcək
16 Sentyabr 2016 / 20:14 / Baxış sayı: 366
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün MDB-nin Bişkekdə keçirilən sammitində quruma sədrliyin 1 yanvar 2017-ci ildən Rusiyaya keçməsi barədə qərar qəbul edilib.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bunu Qırğızıstan prezidenti Almazbek Atambayev bildirib.

A.Atambayev, prosedura uyğun olaraq, MDB dövlət başçıları Şurasının iclasında Rusiya prezidenti Vladimir Putinə Rusiyanın MDB-yə sədrliyi qəbul edib-etmədiyi barədə sual verib. V.Putin isə bu vəzifəni şərəflə qəbul etdiklərini bildirib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə