Maşını geri verdi, ödənişi azalmadı — VİDEO
Maşını geri verdi, ödənişi azalmadı — VİDEO
08 Noyabr 2016 / 23:40 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avtomobil krediti götürmüş şəxs borcunu ödəyə bilmədiyindən maşını banka təhvil verib. Bir müddət sonra isə bankdan zəng olunub ki, kreditin ödənişini davam etdirməlidir. İndi həmin şəxsin nə avtomobili qaytarılır, nə də borcu silinir.

Kreditin ödənişini gecikdirdi, avtomobilini itirdi. Ancaq borcdan canını qurtara bilmədi.

Bizimxeber.az  xezerxeber.com-a istinadən bildirir ki, Bərdə sakini Zamin Dadaşov bir neçə il əvvəl avtomobil krediti götürüb. Ödəniş edə bilmədiyinə görə borc girova, yəni maşına yönəldilib.

Vəkil Xəyal Bəşirovun sözlərinə görə, borc girova yönəldilibsə avtomobil hərraca çıxarılmalıdır.

Ancaq Zamin Dadaşova maşının satılması ilə bağlı heç bir məlumat verilməyib.

Ancaq qanuni hərrac keçirilsə belə, bu, borclunun məsuliyyətini azaltmır. Avtomobil hərracda aşağı qiymətə satılırsa, dəyəri kredit məbləğindən azdırsa, borclu qalan məbləğin ödənişini davam etdirməlidir.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə