Yol qəzasında idarə rəisi yandı, bələdiyyə sədri yaralandı
Yol qəzasında idarə rəisi yandı, bələdiyyə sədri yaralandı
01 Oktyabr 2016 / 11:10 / Baxış sayı: 1256
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qazax rayonu, Çaylı kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. 

Bizimxeber.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yanıb.

Qəza zamanı avtomobilin sahibi müxtəlif bədən xəsarətləri alıb. Sərnişin 1974-cü il təvəllüdlü Axundov Elşad Şahvələd oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Cəsəd və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, Elşad Axundov isə Qazax Evlər İdarəsinin rəisidir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə