Maşın elektrik dirəyinə çırpılıb yandı – Video
Maşın elektrik dirəyinə çırpılıb yandı – Video
08 Noyabr 2016 / 0:10 / Baxış sayı: 612
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yasamal rayonu ərazisində, Yasamal Rayon Polis İdarəsinin qarşısında olub.

Belə ki, A.Salamzadə küçəsi ilə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi zərbənin təsirindən alışıb.

Hadisə yerinə bir neçə yanğısöndürən maşın cəlb olunsa da, nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə