Maşallah Əhmədov: “Daş satıb pul qazanırdıq”
Maşallah Əhmədov: “Daş satıb pul qazanırdıq”
01 Noyabr 2016 / 11:03 / Baxış sayı: 582
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dələduzluqda təqsirli bilinən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi keçirilən prosesdə şahid Müşfiq Əliyev ifadə verib. O, şahid qismində atasının istintaqa verdiyi ifadəsini təsdiq edib.

M.Əliyev bildirib ki, atasının səhhəti yaxşı olmadığı üçün o, məhkəməyə gələ bilməyib: “Fəqan adlı şəxsin mənə borcu var idi. Pulun əvəzinə o, mənə daş verdi. Daha sonra Maşallah Əhmədovla Yusif gəlib dedi ki, daş mənimdir. Mən də daşı 2000 manata satdım. Həmin puldan 200 manatı Maşallah müəllimə verdim, qalanı ilə isə borcumu ödədim”.

M.Əhmədov qeyd edib k­i, daşları satmaqda ­məqsədi pul qazanm­aq olub: “Həmin daşla­rı istintaqın iştirakı­ ilə Yusif müəllimin ­anbarına yığmışıq. O ­isə deyir ki, mənim b­undan xəbərim yoxdur.­ Əgər istəmirsənsə, m­ənim daşlarımı qaytar­!” Məhkəmə noyabrın 8-də davam edəcək.
Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb. Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə