Mark Entoni boşandı
Mark Entoni boşandı
19 Noyabr 2016 / 22:35 / Baxış sayı: 1102
Font1 Font2 Font3 Font4
Bizimxeber

Mark Entoni və Şennon Lima iki il davam edən nigahları pozuldu. 

Bizimxeber.az saytının məlumatına görə, Cenifer Lopesin keçmiş əri yenə də subaydır.

48 yaşlı müğənni ilə 28 yaşlı model 2014-cü ildə evlənmişdi, birgə nigahdan uşaqları yox idi.

Xatırladaq ki, Las-Veqasda keçirilən  Latin Grammy Awards mükafatının təqdimatında Cenifer Lopezin Mark Entonini səhnədə ehtirasla öpməsi KİV-in diqqətindən yayınmadı. Hesab etmək olar ki, onlar yenidən birlikdə ola bilərlər. Baxmayaraq ki, müğənni özü bir öpüşün hələ heç bir məna kəsb etmədiyini deməyə tələsməsinin özü də şübhə doğurub. Öz şəxsi Twitter hesabında eyni formada öpdüyü dostlarının bir neçəsinin şəklini yerləşdirən Mark Entoninin bu canşəfanlığı daha da diqqət çəkir.

Посмотреть изображение в Твиттере

Xatırladaq ki, Cey Lo özü də indi sərbəstdir. 29 yaşlı Kasper Smartdan ayrılıb.

Qeyd edək  ki, Mark və Cenifer 2004-cü ildə evlənmişdilər. 2008-ci ildə cütlüyün ekizləri Emma və Maks oldu. Lakin 3 il sonra Lopes və Entoni ayrılmağa qərar verdilər. 

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə