Manatın üzərində Heydər Əliyevin şəklinin olması təklif edilib
Manatın üzərində Heydər Əliyevin şəklinin olması təklif edilib
14 Oktyabr 2016 / 14:38 / Baxış sayı: 874
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Azərbaycan milli valyutasının üzərində ümumilli lider Heydər Əliyevin şəkli olmalıdır”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O xatırladıb ki, Türkiyənin milli valyutasının üzərində də Mustafa Kamal Atatürkün şəkli var: “Dünyanın bir neçə ölkəsində bu ənənə var.

Heydər Əliyevin adı hər yerdə olmalıdır. Kimsə onun şəklini sinəsində gəzdirirsə, burada pis nəsə yoxdur. Heydər Əliyevin xatirəsi əbədi olmalıdır”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə