Maliyyə Nazirliyi Mərkəzi Bankın təklifini qəbul etdi
Maliyyə Nazirliyi Mərkəzi Bankın təklifini qəbul etdi
04 Oktyabr 2016 / 17:08 / Baxış sayı: 766
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Maliyyə Nazirliyinin Kollegiyası Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti verilməsi ilə bağlı qərar qəbul edib”.

Bizimxeber.az  xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Mais Piriyev verib.

Qurum rəsmisinin sözlərinə görə, oktyabrın 4-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilmişdir: “İclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifovun sədrliyi ilə Əmanətlərin Sığortalanması Fonduna Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciətinə baxılmışdır.  Qeyd olunmuşdur ki, Mərkəzi Bankın müraciəti “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.7-ci və 17.2-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 01 mart tarixli 812 nömrəli Fərmanına uyğun olaraq Maliyyə Nazirliyinə təqdim olunub. Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi ləğv edilmiş QSC “Bank Standad” KB-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədlərini daşıyır”.

Mais Piriyev bildirib ki, Maliyyə Nazirliyinin Kollegiyası əmanətçilərin hüquqlarının qorunmasının, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsinin, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul etmişdir.

Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə