Makfol: Tramp başını Rusiya xülyası ilə itirib
Makfol: Tramp başını Rusiya xülyası ilə itirib
13 Avqust 2016 / 23:31 / Baxış sayı: 728
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ Rusiyadakı keçmiş səfiri Trampın İŞİD-in Obama tərəfindən yaradılmasını  mif adlandırıb. Keçmiş səfir eyni zamanda onu da qeyd edib ki, milyarderin mövqeyi rus hökuməti və tərəfdarlarının mövqeyini xatırladır. 

Bizimxeber.az xarici mətbuata istinadən bildirir ki, Tramp öz rəqibi Hillari Klintonu da “dələduz”luqda ittiham edərək terror qruplaşmasının “həmyaradıcısı ” adlandırıb. Baxmayaraq ki, cəmi bir sutka sonra öz dediklərinin sarkazm olduğunu deyib. Makfol isə “belə zarafat etmək olmaz” deyib. Çünki belə zarafatlar özü İD   ilə mübarizə aparan prezidentin nüfuzuna xələl gətirir.

Keçmiş səfirin sözlərinə görə, Trampın Obama haqqında dediklərini  yalnız ABŞ hökumətini sevməyən millətçilər dəstəkləyiblər.

Makfol onu da qeyd edib ki, özü şəxsən Trampı Kremlin aqenti hesab etməsə də sonuncunun Rusiyaya rəğbəti çox bəllidir. O Krımın mənsubiyyəti məsələsini müzakirə etmək istəyən  dünyada yeganə amerikalı liderdir.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə