Mahmudov-Çovdarov qruplaşması dövlətə neçə milyard “atıb”?
Mahmudov-Çovdarov qruplaşması dövlətə neçə milyard “atıb”?
28 Oktyabr 2016 / 10:27 / Baxış sayı: 1686
Font1 Font2 Font3 Font4
Bizimxeber

İqtisadçı Azər Mehtiyev hesab edir ki, Eldar Mahmudov-Akif Çovdarov qruplaşmasının cinayətkar fəaliyyətindən ölkə iqtisadiyyatına nə qədər zərər dəydiyinin həcmini heç olmasa təxmini müəyyən etmək lazımdır.

Ekspert virtualaz.org-a bildirib ki, zərər həm birbaşa, həm də dolayısı ilə bütün iqtisadiyyata vurulub, amma əsas zərbə özəl sektora endirilib: “Buna görə maliyyə itkilərinin və mənəvi zərərin ölçülərinin təyini MTN generallarının genişmiqyaslı iqtisadi cinayətlərinin zərərli nəticələrini aradan qaldırmağa imkan verərdi”.

Ekspert vurğulayıb ki, onların əlindən bir çox sahibkarlar öz bizneslərini bağlamaq və ya xaricə köçürmək məcburiyyətində qalıblar. Nəticədə ölkə potensial xarici investisiyalarını müəyyən dərəcədə itirib: “Hesablamaq lazımdır ki, ölkədə sahibkarlığın, sözün həqiqi mənasında, boğulması nəticəsində dövlət büdcəsi nə qədər gəlir itirib və təxminən nə qədər iş yerləri azalıb”.

A.Mehtiyev deyir ki, düzdür, hökumət özəl sektorun inkişafı ilə bağlı müxtəlif proqramlar reallaşdırır, amma zərərin analizi iqtisadiyyatın ən çox zərər çəkmiş sferalarının daha sürətlə bərpasını təmin etməyə kömək edərdi.

Ekspertin fikrincə, gələcəkdə belə hadisələrin bir daha təkrarlanmaması üçün dövlət məmurlarının bizneslə məşğul olma imkanları tamamilə əllərindən alınmalıdır: “Özü də həmin biznesin kimin- bilavasitə məmurun və ya qurama şəxsin adına rəsmiləşdirilməsindən asılı olmayaraq”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə