Mahaçqaladakı partlayışda 23 nəfər yaralanıb-YENİLƏNİB
Mahaçqaladakı partlayışda 23 nəfər yaralanıb-YENİLƏNİB
01 Avqust 2016 / 18:14 / Baxış sayı: 476
Font1 Font2 Font3 Font4
Bizimxeber

Mahaçqalada “Layli” ziyafət zalının zirzəmisində qaz balonunun partlaması nəticəsində 23 nəfər yaralanıb, onların hamısı xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yaralıların 5-nin vəziyyəti ağırdır.

*   *   *17:14

Mahaçqalada “Layli” ziyafət zalında partlayış baş verib.

TASS xəbər verir ki, bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, partlayış zamanı 13 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Partlayış ziyafət zalının zirzəmisində baş verib, zərərçəkənlər isə mətbəxdə işləyən qadınlar olublar.

Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə