Maduro Putinlə görüşəcək
Maduro Putinlə görüşəcək
06 Oktyabr 2016 / 10:40 / Baxış sayı: 530
Font1 Font2 Font3 Font4
Bizimxeber

Venesuela prezidenti Nikolas Maduro rusiyalı həmkarı  Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib.

O, bunu “Venezolana de Television” telekanalının efirində bəyan edib.

“Görüş hərbi, maliyyə, iqtisadi və digər sahələrdə sazişlərin həyata keçirilməsi məqsədi ilə keçiriləcək”, deyə N.Maduro bildirib.

Məlumata görə, danışıqlarda həmçinin neft qiymətləri diqqət mərkəzində olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə