Mətbuat Şurasından yekun açıqlama
Mətbuat Şurasından yekun açıqlama
26 Sentyabr 2016 / 20:19 / Baxış sayı: 616
Font1 Font2 Font3 Font4
Bizimxeber

Mətbuat Şurası referendumda jurnalistlərin peşə vəzifəsini yerinə yetirmələri ilə bağlı monitorinqini başa çatdırıb.

Şuradan Bizimxeber.az-a verilən məlumata görə, monitorinq iki istiqamətdə aparılıb. Şuranın İdarə Heyətinin üzvləri gün ərzində istər paytaxtda, istərsə də bölgələrdəki dairə və məntəqə komissiyalarında olublar. Onlar medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdıqlarının şahidi olublar. Hər hansı nöqsan qeydə alınmayıb. Eyni zamanda jurnalistlər üçün fəaliyyət göstərməyə yaradılan şərait və imkan da qənaətbəxş qiymətləndirilib.

Monitorinqin digər istiqamətini “qaynar xətt” rejimi təşkil edib. Mətbuat Şurasının 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərib. Peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən “qaynar xətt”ə hər hansı müraciət daxil olmayıb.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə