Mətanət Çovdarovla əlbir olub adam oğurlayıb? – Açıqlama
Mətanət Çovdarovla əlbir olub adam oğurlayıb? – Açıqlama
14 Sentyabr 2016 / 13:03 / Baxış sayı: 332
Font1 Font2 Font3 Font4
Bizimxeber

Müğənni Mətanət İsgəndərlinin keçmiş MTN generalı Akif Çovdarovun məhkəməsində iştirakı gözlənilir. AzNews.az xəbər verir ki, bu barədə politika.az saytı məlumat yayıb. Sayt iddia edir ki, buna səbəb ABU-nun sabiq rektoru Elşad Abdullayevin qardaşı Mahirlə Mətanətin münasibətlərinə görə Çovdarovun pul tələb etməsi ola bilər.

Bundan əlavə, müğənninin adı E. Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanmasında Çovdarovla əlbir olmaqda hallandırılır.

Mətanət İsgəndərlinin mətbuat katibi Zəminə Rüstəmova məsələ ilə bağlı AzNews.az-a açıqlamasında sözügedən məlumatın yalan olduğunu deyib: “Bununla bağlı Mətanət xanımla danışdım. Dedi ki, “olmayan bir işi adıma yazmayın. Mənə məhkəmədən heç bir çağırış gəlməyib. Mənim adımı bu işdə hallandırmağı mətbuata qəti qadağan edirəm””.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə