Məşhurların telefon nömrələri olan kitab HƏRRACDA
Məşhurların telefon nömrələri olan kitab HƏRRACDA
19 Avqust 2016 / 22:04 / Baxış sayı: 930
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyada 1928-ci ilə məxsus və dövrünün tanınmış ədəbiyyat xadimləri, incəsənət nümayəndələrinin telefon nömrələrinin qeyd edildiyi telefon kitabçası hərracda satılacaq.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhurların adları və telefon nömrələri qeyd edilən kitabça avqustun 24-də satışa çıxarılacaq.

Telefon kitabçasında Vladimir Mayakovski, Mixail Bulqakov,Vsevolod Meyerxold, Serqey Eyzenşteyn və başqalarının adları və telefon nömrələri qeyd edilib.

Keçiriləcək hərracda Fyodor Şalyapin, Lev Tolstoy, Maksim Qorki, Konstantin Stanislavski, Mixail Şoloxov, Lyubov Orlova, Serqey Mixalkov, Leonid Utyosov və başqa məşhurların ən nadir fotoları satışa çıxarılacaq.

İlkin məlumata əsasən, 360 nadir əşya və sənədlərin satışa çıxarılacağı hərracın ümumi satış məbləği 6 milyon rubldur.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə