Məşhur jurnal Klintonu `prezident` etdi – FOTO
Məşhur jurnal Klintonu `prezident` etdi – FOTO
11 Noyabr 2016 / 15:05 / Baxış sayı: 582
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın “Newsweek” jurnalının səhvən Hillari Klintonun prezident seçkilərində qalib gəlməsi haqqında nömrəsi satışa çıxarılıb.

Bu barədə  “İnterfax” xəbər verir.
Məlumata əsasən jurnal hər bir namizədin qalib gəlməsi ehtimalı ilə əlaqədar iki variant hazırlayıb. Hər iki tiraj distributor olan “Topix Media” şirkətinə göndərilib. Lakin şirkət Klintonun qalib gələcəyin əmin olduğundan mağazalara yalnız jurnalın bir variantını göndərib.

Nəticədə çərşənbə günü mağazalarda “Madam prezident” başlıqlı jurnal satışa çıxarılıb. Cəmi 17 nəfər bu başlıqlı jurnalı ala bilib.

Ümumilikdə bu nüsxə 125 min tirajla satışa çıxarılıb. Bundan sonra jurnal tirajı geri çağırıb və oxuculardan üzr istəyib.

Bəzi ekspertlər hesab edir ki, Klintonun seçkilərdə qələbəsini əks etdirən kolleksiya nəşri kimi jurnal sahiblərinə daha artıq gəlir gətirə bilərdi.

Qeyd edək ki, belə səhv ilk deyil. Belə ki, 1948-ci ildə keçirilən prezident seçkilərində Harri Trumen rəqibi Tomas Dyui qalib gələrək prezident seçilib. Həmin vaxt “Chicago Daily Tribune” qəzeti “Dyui Trumenə qalib gəldi” başlıqlı məqalə dərc etmişdi. Qəzet yeni seçilən nəşrin əlinə keçib və bu səhv prezidentin xoşuna gəlib. \azvision.az\

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə