Məşhur aviaşirkətlərdən biri Azərbaycan bazarını tərk etdi
Məşhur aviaşirkətlərdən biri Azərbaycan bazarını tərk etdi
10 Noyabr 2016 / 11:09 / Baxış sayı: 1250
Font1 Font2 Font3 Font4
Bizimxeber

“British Airways Plc.” şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunub. Bizimxeber.az xəbər verir ki, bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib. 

Qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsi, ev 8, “Hyatt Tower -2” (VI mərtəbə) ünvanına bildirə bilərlər.

“British Airways” aviaşirkəti sərnişin və yükdaşımaları həyata keçirir. Dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir. Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə