Mərkəzi Bank:”İrana kredit ayrılmayıb”
Mərkəzi Bank:”İrana kredit ayrılmayıb”
25 İyul 2016 / 17:06 / Baxış sayı: 658
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Mərkəzi Bankı (AMB) İran hökumətinə kredit ayrılması ilə bağlı yayılan xəbərləri təkzib edib. AMB-dən bildirilib ki, AMB-nin İrana kredit verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Azərbaycan Mərkəzi Bankının İrana 500 mln. dollarlıq kredit verməsi məlumatı həqiqəti əks etdirmir. Ümumiyyətlə, belə bir məsələ ilə əlaqədar AMB-yə heç bir muraciət daxil olmayıb”, – deyə Mərkəzi Bankdan bildirilib.

Diplomatik mənbələrdən də sayta bildirilib ki, hazırda Rəşt-Astara (İran) dəmir yolu xəttinin inşası üçün maliyyə vəsaitinin ayrılması məsələsi Bakıda səfərdə olan İşçi qrupu ilə birgə müzakirə olunur: “Kreditin şərtləri və digər məsələr müzakirələrin sonunda məlum olacaq. Lakin burada Azərbaycan Mərkəzi Bankının kredit verməsi kimi məsələdən söhbət getmir”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə