“Mənim intellektim” layihəsi başladı
“Mənim intellektim” layihəsi başladı
28 Oktyabr 2016 / 17:28 / Baxış sayı: 1000
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına verilən məlumata görə, Nərimanov rayonunda “Mənim intellektim” adlı layihənin açılış mərasimi və birinci mərhələsi keçirilib.

28 oktyabr 2016-cı il tarixdə “Premier Expo” otelində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Mənim intellektim” adlı layihənin açılış mərasimi və birinci mərhələsi keçirilib.

Açılışda layihə rəhbəri Mahir Quliyev çıxış edərək layihənin məqsədini bildirib və iştirakçılara uğurlar arzulayıb.

Layihənin məqsədi məktəblilərin intellektual və yaradıcı inkişafına təkan vermək, şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunması və asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə və gənclərin təhsilli böyüməsinə dəstək olmaqdır.

Layihə 28-31 oktyabr 2016-cı il tarixlərdə keçiriləcək.

Bizimxeber.az 

IMG_0056 IMG_0057 IMG_0059 IMG_0060 IMG_0069_1 IMG_0082_1 IMG_0083 IMG_0084



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə