“Məni qucaqladı, öpdü, sonra keçindi”
“Məni qucaqladı, öpdü, sonra keçindi”
20 Sentyabr 2016 / 12:33 / Baxış sayı: 674
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Ələkbər Kazımovski məni qucaqlayıb öpdü, sonra dünyasını dəyişdi”. Bunu AzNews.az-a açıqlamasında Əməkdar artist Nahidə Orucova dünən vəfat edən rejissorla bağlı fikirlərini bildirərkən deyib.

Bildirib ki, rejissorun ölümü məclisdə iştirak edən hər kəsə təsir edib: “Çox pis olduq, hamı şoka düşmüşdü. Çox gözəl insan idi. Gəlməyi, məni təbrik etməyi ilə ölməyi bir oldu. Hələ məclis başlamamışdı.

Qonaqlar gəlirdi. Mən də onları qarşılayırdım. Mənə yaxınlaşdı, öpdü, qucaqladı, təbrik elədi. Baxdım ki, tərin içindədir. Soruşdum ki, nə olub belə. Dedi “yol gəlmişəm, nəsə isti olub tərləmişəm”. Dedim otur su iç, özünə gəl. Oturmağı ilə başını Məhərrəm Bədirzadənin çiyninə qoyması bir oldu. Elə oradaca keçindi”.

Aktrisa bu olaydan sonra hələ də özünə gəlmədiyini deyib: “İstəməzdim ki, belə bir insan aramızdan getsin”.
Qeyd edək ki, məşhur rejissor, Əməkdar incəsənət xadimi Ələkbər Kazımovski dünən dünyasını dəyişib. Hadisə Ağdaş restoranında aktrisa Nahidə Orucovanın yubileyi münasibəti ilə keçirilən mərasimdə baş verib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə