“Mən Trampın təhqirlərini vecimə almıram “
“Mən Trampın təhqirlərini vecimə almıram “
04 Avqust 2016 / 12:42 / Baxış sayı: 718
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton etiraf edib ki,  respublikaçıların namizədi olan rəqibi Donald Trampın ona qarşı olan təzyiqlərinə qarşı tamamilə etinasızdır. 

Bizimxeber.az xarici mediaya istinadən bildirir ki, keçmiş dövlət katibi çərşənbə axşamı NBC kanalında efirə getmiş intervyuda şərh edib ki, “Mən heç vaxt onun(Trampın) mənim şəxsimə yönəltdiyi təhqirlərə cavab  vermirəm. Mənim üçün onun haqqımda danışdıqları əhəmiyyətsizdir.”

 

ABŞ prezidentliyinə namizəd olan Tramp keçmiş birinci xanımı “iblis”, “daşqəlbli” adlandırıb. Twitter sosial şəbəkəsində Tramp xanım Klintona “Hillari Rotten( “çürük” , biznesmen söz oyunu oynayıb, siyasətçi xanımın qızlıq familiyası Rodemdir-TASS)Klinton” deyə müraciət edib.

Mən daha çox  onun məhkəməni qabiliyyətsiz adlandırmasından, meksika kökənli əlil reportyoru ələ salmasından, qadınları təhqir etməsindən  narahatam və buna reaksiya vermək fikrindəyəm, -keçmiş katib sözünə davam edib.- Mən hesab edirəm ki, Amerika Trampın həmvətənlərimizi bu şəkildə xarakterizə etməyinə icazə verməyəcək”.

“Mən Birləşmiş Ştatların prezidenti olmaq istəyən adamın belə danışmasından çox narahatam  “,- Hilları xanım sözünü belə bitirib.

Son məlumatlara görə xanım Klinton öz rəqibini 10% geridə qoyub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə