Mən qanunları gözəl bilirəm- Cahangir Haciyev
Mən qanunları gözəl bilirəm- Cahangir Haciyev
24 Avqust 2016 / 21:42 / Baxış sayı: 1380
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə fasilədən sonra davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə C. Hacıyev ifadə verib. O, ilk öncə saxlanma şəraitindən narazılıq edib, istintaq təcridxanasında ona qida məhsullarını saxlamaq üçün soyuducu verilmədiyini deyib: “Mən həmişə istəmişəm ki, istintaq baş prokurorluq tərəfindən aparılsın. Çünki oranın məsuliyyətli işçiləri var. İttihamda göstərilir ki, 211 milyon ziyan vurulub. Amma nə qədər hesablasan belə, bu rəqəm alınmır. Mənim və yaxınlarımın 5 milyona yaxın səhmləri alqı-satqı olunub, amma əldə olunan vəsait kreditlərin ödənilməsinə yönəlməyib. Mən istintaqda bildirmişəm ki, fiziki şəxslərin adına olan kreditlər layihələrə yönəlib. Mən qanunları gözəl bilirəm və onların heç birini pozmamışam.

Hər şey 2008-ci ildən başladı. Dünyada maliyyə böhranı başlayanda bütün dünyada qabaqlayıcı tədbirlər görüldü, amma bizdə belə olmadı.

Beynəlxalq Banka heç bir xəbər vermədən devalvasiya qərarı verildi. Bu qərardan sonra bank bir gecədə 130 milyon manat vəsait itirdi”.

Mən heç kimlə birlikdə mütəşəkkil dəstə yaratmamışam. Biz terror təşkilatıyıq?”

Sonra C. Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb.

Proses avqustun 26-da davam edəcək.(APA)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə