“Mən masonluğu təbliğ edirəm”
“Mən masonluğu təbliğ edirəm”
09 Noyabr 2016 / 18:45 / Baxış sayı: 904
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bütün dövrlərdə insanlar masonları şeytani təşkilatlarla bərabər tutublar. Ancaq bu əsla belə deyil. Masonlar incə qəlbə və sağlam təfəkkürə sahib insanlardı.

Mən onları tək cümlə ilə belə ifadə edərdim. Onlar elə səviyyədə şahmat ustalarıdır ki, doğru həmlələr etməklə və daşları lazımi xanalara yerləşdirməkdə hər kəsdən fərqlənirlər.

Müsahibimiz 1990-ci il oktyabrın 3-də Bakı şəhərində anadan olmuş, 5 əsər müəllifi, Yeni Azərbaycan Partiyasının üzvü Amil Hüseynovdur.

-Yaradıcılığa nə vaxtdan başlamısınız?

– 4 il olar ki, yaradıcılığa başlamışam.

– Neçə əsər müəllifisiniz? Neçəsi çap olunub?

– 5 əsər müəllifiyəm. Hələlik bir “Məğlubedilməz şeytanlar” əsərim nəşr olunub. O biri əsərləri 2017-ci ilin yanvar ayından başlayaraq nəşr etdirməyi planlaşdırıram.

– Əsərləriniz haqda məlumat verə bilərsizmi?

– “Məğlubedilməz şeytanlar” əsərindən başqa “Ağ-qara ölkəm”, “Partiya şərəfi”, “Hiylə”, “Səyyarə” əsərlərim var. Əsərlərim tam nəşr olunduqdan sonra oxucular özləri məlumatlanacaqlar.

– Əsərlərinizi hansı janrda yazmısınız?

-Roman, ədəbiyyatın epik növü, xəfiyyə ədəbiyyatı.

-İncəsənət sahəsində müəlliminiz kim olub?

– Əməkdar artist, prezident təqaüdçüsü Firuz Xudaverdiyev olub.

Şeirlə aranız neçədir? Kimlərin yaradıcılığı ilə maraqlanırsız?

– Elza Seyidcahandan başqa hər kəsin yaradıcılığı ilə maraqlanıram (gülür)

– Elza Seyidcahan yaradıcılığından nəyi bəyənmirsiz?

Hər kəs öz bildiyi işlə məşğul olmalıdır. Mənim işim yazmaqdı. Elza xanımın işi bəstələyib ifa etməkdir. Elə insanlar olur ki, yaltaqlıq etməyi bilir və bunu edir. O, da bu peşənin sahibidir. Nə etmək olar. Mənim üçün Üzeyir Mehdizadə necə müğənnidirsə, Elza Seyidcahanda elə şairədir.

-Öz əsərlərinizdə masonları təbliğ edirsinizmi?

-Əgər haqqı demək masonluğu təbliğ etməksə, bəli, mən masonluğu təbliğ edirəm. Masonlar haqqında danışılan yalanlar reytinq qazanmaq istəyən tarixçilərin işinə yarayır.

Oxuculara nə arzu edirsiniz?

-Gənclərin, insanların övladlarının sağlam təfəkkürə sahib olmasını arzu edirəm.



“Mən masonluğu təbliğ edirəm” yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə