“Mənəviyyatsızlıqdır”… Deputat yarıçılpaq şəkillərdən danışdı
“Mənəviyyatsızlıqdır”… Deputat yarıçılpaq şəkillərdən danışdı
03 Avqust 2016 / 17:19 / Baxış sayı: 1274
Font1 Font2 Font3 Font4
Bizimxeber

Son zamanlar mətbuatda müğənnilərin yarıçılpaq fotosessiyaları tez-tez yayımlanır. Sözügedən fotosessiyalarla gündəmə gələn müğənnilərdən biri də bu günlərdə şəkilləri yayılan Zeynəb Muradidir.

Özünü “ecazkar, insanları sözün əsl mənasında ehtiraslı vahiməyə salan” müğənni kimi təqdim edən Zeynəb sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Ondan əvvəl isə Könül Şıxəliyeva mətbuatda yayımlanan fotosessiyasından sonra “şpaqat açan müğənni” adına layiq görülüb. Millət vəkili Araz Əlizadə müğənnilərin mətbuatdan istifadə edərək bu formada gündəmə gəlməsiylə bağlıAzNews.az-a danışıb.
Deputat bu hallarla mübarizə yolları təklif edib: “Açıq-saçıq geyimləri ilə mətbuat nümayəndəsinin qarşısında poz verən “müğənnicik”lərin haqqında nəinki yazmaq, hətta fikir bildirmək də düzgün deyil. Bu, onların məşhurlaşmasına xidmət edir. Onlara qarşı mübarizənin ən yaxşı yolu nə yazmaq, nə də danışmaqdır. İnsanın özündə həya gərəkdir. Amma bunlar həyasızdırlar. Əfsuslar olsun ki, mediamız belə gündədir, pulu ver, nə istəyirsən yazsınlar, səni təbliğ eləsinlər. Onların həyasızlıqla pul qazanmaq istəyi ilə medianın pul qazanmaq istəyi üst-üstə düşür”.A.Əlizadə düşünür ki, cəmiyyət artıq öz mənəviyyatını itirir: “Əvəllər ucqar bir kənddə istedadlı uşaq olardı. Tanınmış sənət adamları gedib həmin qızı ailəsindən yalvar-yaxar edib alıb Bakıya gətirərdi. İndisə “Yeni ulduz”, “Böyük ulduz”, “Kiçik ulduz” istedadı oldu ya olmadı, hansısa qızın əlindən tutub sürüyə-sürüyə müsabiqəyə gətirir ki, adı çıxsın və pul qazansınlar. Mənəviyyatsızlıqdır”.

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə