“Mənə öz həkimimizin gülləsi dəyib” – “Şahdağ”ın yeni mətbuat katibi
“Mənə öz həkimimizin gülləsi dəyib” – “Şahdağ”ın yeni mətbuat katibi
05 Sentyabr 2016 / 18:16 / Baxış sayı: 1072
Font1 Font2 Font3 Font4
Bizimxeber

“2014-cü ilin yanvarından 2015-ci ilin martınadək Ağdamda ön cəbhədə olan N saylı hərbi hissədə qulluq etmişəm. Həmin müddətdə ayağımda tromb (qanın laxtalanması – red.) əmələ gəlmişdi. O da mənim bütün damarlarımı qurudaraq ürəyimə qədər gəlmişdi. Mənə erməninin yox, öz həkimimizin gülləsi dəyib. Hərbi həkim məni sağaltmaq əvəzinə daha da şikəst qoydu. Sonra Müdafiə Nazirliyinin və Ali Baş Komandanın səyi ilə Gülhanədən həkimlər gəlib məni əməliyyat etdi”.

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında “Şahdağ” klubunun yeni mətbuat katibi Xanbaba Daşdi deyib.

O, hərbi xidmətdə əlil olduğu üçün iş tapa bilmədiyini və Azərbaycan klublarından ona müəyyən iş verilməsini istəyib. 21 yaşlı Daşdi “Neftçi” azarkeşi olsa da, bu klubda ona iş tapılmayıb.

Onu dinləyək: “Neftçi” və “Zirə” klublarına işlə bağlı müraciət etmişdim. Ancaq heç bir cavab gəlmədi. “Qəbələ”dən mənimlə maraqlandılar. Klubda vakansiya olmadığı üçün sənədlərimi “Gilan Holdinq”ə göndərdilər. Mən də vaxt itirməmək üçün “Şahdağ” klubundan olan təklifi dəyərləndirdim. Həm də Bakıda tələbə olsam da, “Şahdağ” yaşadığım Qubaya qonşu Qusar rayonunundur. Ona görə də burda işləmək ürəyimcədir”.

Qeyd edək ki, II qrup əlili olan Xanbaba Daşdi buna görə dövlətdən 55 manat müavinət alır. Hazırda Bakı İdarəetmə və Texnologiya Kollecinin III kurs tələbəsi olan Xanbaba 4 il “Neftçi”nin ən böyük azarkeş səhifələrindən birini işlədib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə