Məmmədyarov Lavrov və Kerri ilə görüşəcək YENİLƏNİB
Məmmədyarov Lavrov və Kerri ilə görüşəcək YENİLƏNİB
02 Avqust 2016 / 16:35 / Baxış sayı: 554
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş barədə heç bir məlumat yoxdur.

Bunu “Trend”ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Daha öncə erməni KİV-ə müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cim Kosta bildirmişdi ki, avqust ayında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Jan-Mark Eyro və ABŞ dövlət katibi Con Kerri ilə görüşləri planlaşdırılıb.

*   *   *10:57

Avqustda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşü olacaq.

Virtualaz.org-un məlumatına görə, bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Cim Kosta “news.am” saytına müsahibəsində deyib.

“Mən bilirəm ki, avqustda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Rusiya xarici işlər naziri Serqey Lavrov, Fransa xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri ilə görüşü planlaşdırılıb” – deyə, konqresmen bildirib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə