Məktəblərdə hazırlıq qruplarının fəaliyyəti dayandı
Məktəblərdə hazırlıq qruplarının fəaliyyəti dayandı
03 Oktyabr 2016 / 17:06 / Baxış sayı: 1050
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Avaz Yusifov jurnalistlərə deyib ki, bu proses qruplarına kifayət qədər uşaq yığa bilməyən məktəblərdə dayandırılıb: “Çünki qruplarda uşaqların minimum sayı 15, maksimum isə 30-dur. Kənd yerlərində isə yerli təhsil idarəetmə orqanları ilə razılaşdırmaqla 10-15 uşaqdan ibarət məktəbəhazırlıq qrupları təşkil etmək olar.

Bəzi məktəblərin resursları, yəni sinif otaqları çatmadığına görə orada belə qrupların təşkil olunması qeyri-mümkündür. Bəzi təhsil müəssisələrində isə uşaqların sayı az olduğuna görə hazırlıq qruplarının təşkili dayandırılıb”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın bəzi orta məktəblərində məktəbəhazırlıq qruplarının təşkilinin dayandırılmasına münasibət bildirib. 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə