Məktəblər niyə bağlanır? – Açıqlama
Məktəblər niyə bağlanır? – Açıqlama
19 Sentyabr 2016 / 18:27 / Baxış sayı: 726
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakıda fəaliyyət göstərən Yasamal rayonu C.Cabbarlı adına 161 saylı orta məktəbin fəaliyyətinin dayandırılmasının səbəbini açıqlayıb. 

BŞTİ-dən Bizimxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində əvvəlki illərdə olduğu kimi hazırda da təhsilin keyfiyyətinin artırılmasına xidmət edən mövcud məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir.

Bakı şəhərində ümumtəhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturunun səmərəli istifadəsi tədbirləri çərçivəsində bəzi məktəblərin uzun illər potensial şagird tutumundan dəfələrlə az şagird sayı ilə fəaliyyət göstərdiyinə və perspektivdə şagirdlərin artımı proqnozlaşdırılmadığına görə fəaliyyəti dayandırılır. Bəzən isə ərazi baxımından yaxın yerləşən məktəblər şagird sayının balanslaşdırılması və idarəetmənin təkmilləşdirilməsi üçün birləşdirilir.

Bu günlərdə 161 nömrəli məktəbin fəaliyyəti dayandırılıb. Məktəbin müəllim – şagird kontingenti 173 və 225 nömrəli məktəbə köçürülüb.

Şəbəkənin rasionallaşdırılması işi qarşıdakı illərdə də davam etdirilməlidir. Qeyd edək ki, bu il 161 nömrəli məktəbin müəllim-şagird kontingenti 173 və 225 nömrəli məktəbə köçürülüb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə