Məktəbdə maşınla gələn şagirdlər arasında QANLI DAVA -YENİLƏNİB
Məktəbdə maşınla gələn şagirdlər arasında QANLI DAVA -YENİLƏNİB
01 Noyabr 2016 / 17:09 / Baxış sayı: 1338
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dünən Şəmkir rayonunun Yeni Həyat kəndindəki orta məktəbdə baş vermiş bıçaqlanmanın səbəbi bilinib. Lent.az-ın məlumatına görə, 10-cu sinif şagirdi Ceyhun Məmmədovun 11-ci sinif şagirdi olan Abbas Əliyev tərəfindən dərs vaxtı bıçaqlandığı müəyyən edilib.

Məlum olub ki, hər iki şagird orta məktəbə avtomobillə gəlib və onlar arasında maşın saxlamaq üçün olan yerə görə mübahisə düşüb. Bir-birilərinə güzəştə getməyən şagirdlərin mübahisəsi münaqişəyə çevrilib və 16 yaşlı Ceyhun digər məktəbli tərəfindən bıçaqlanıb. Hadisədən sonra valideynlər məktəb rəhbərliyinə tədris prosesinin yaxşı təşkil edilməməsi ilə bağlı narazılıqlarını bildiriblər.

*****
21:15

Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun veridyi məlumata görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. kənd sakini 2000-ci il təvəllüdlü 10-cu sinif şagirdi Ceyhun Məmmədov oxuduğu məktəbin qarşısında həmin məktəbdə oxuyan 11-ci sinif şagirdi tərəfindən bıçaqlanıb.

Yaralı dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən 16 yaşlı məktəblinin vəziyyətinin ağır qiymətləndirilir. Cinayəti törədən məktəblinin saxlanılması istiqamətində əməliyat tədbirləri həyata keçirilir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə