Məktəbəhazırlıq qruplarında ev tapşırığı olmayacaq
Məktəbəhazırlıq qruplarında ev tapşırığı olmayacaq
21 Sentyabr 2016 / 13:16 / Baxış sayı: 280
Font1 Font2 Font3 Font4
Bizimxeber

Məktəbəhazırlıq qruplarında ev tapşırığı olmayacaq. Bizimxeber.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, 2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq.

Məktəbəhazırlıq qrupları respublikanın bütün şəhər və rayonlarında təşkil olunacaq. Məktəbəhazırlıq qruplarında ibtidai sinif müəllimi ixtisaslı, müəyyən iş təcrübəsinə malik müəllimlər dərs deyəcək.

Dərslər həftədə 4 gün (12 saat) olmaqla, gün ərzində 3 məşğələ keçiləcək. Bir məşğələ üçün 30 dəqiqə vaxt ayrılır. Məşğələlərarası fasilə isə 10 dəqiqədir. Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olmuş uşaqlar qəbul olunurlar. Qruplarda tədris ödənişli deyil, dövlət hesabınadır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə