Məhkəmə dələduz hakimi ev dustaqlığına buraxmadı
Məhkəmə dələduz hakimi ev dustaqlığına buraxmadı
03 Oktyabr 2016 / 11:33 / Baxış sayı: 714
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Fikrət Qəribovun sədrlik edib.

F.Rzayevin vəkili onun barəsində olan cinayət işinə xitam verilməsi və həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatətlər qaldırıb.

Məhkəmə vəsatətləri təmin etməyib.

Hakim bildirib ki, F.Rzayev saxlanılmadan öncə 2 il axtarışda olub. Buna görə də, onun ev dustaqlığına buraxılması üçün məhkəmədə inam yoxdur.

Qeyd edək ki, Fəxrəddin Rzayev vətəndaşların etimadını qazanaraq dələduzluq əməli törədib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddədi ilə ittiham verilib.

Fəxrəddin Rzayev 2000-ci ilə qədər Yasamal rayon Məhkəməsində hakim olub. Sonra öz ərizəsi ilə işdən çıxıb. F. Rzayev eləcə də bir müddət Bakı Hərbi Məhkəməsində icra şöbəsinə də rəhbərlik edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə