Məhərrəm ayı oktyabrın 3-də başlayır
Məhərrəm ayı oktyabrın 3-də başlayır
27 Sentyabr 2016 / 11:33 / Baxış sayı: 562
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə QMİ-nin Elmi-Dini Şurası və Qazılar Şurasının üzvləri, qurumun səlahiyyətli nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, habelə dini icma rəhbərləri və tanınmış elm adamları iştirak ediblər.

Tədbir Qurani-Kərimin tilavəti ilə başlanıb. Çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə İslamda müqəddəs aylardan sayılan Mərərrəm ayının özəlliklərindən, Kərbəla hadisəsi və Aşura gününün mahiyyətindən danışıb, Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə axund və imamlara müvafiq tapşırıq və tövsiyələrini verib.

Daha sonra QMİ Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada qeyd olunub ki, Hicri-qəməri təqvimi ilə 1437-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirir ki, yeni Hicri 1438-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-ci il oktyabr ayının 3-nə, Aşura günü isə oktyabrın 12-nə təsadüf edir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə