Məhərrəm ayı oktyabrın 3-də başlayacaq
Məhərrəm ayı oktyabrın 3-də başlayacaq
15 Sentyabr 2016 / 11:19 / Baxış sayı: 214
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu il Məhərrəm ayı Miladi təqvimi ilə oktyabrın 3-ü, bazar ertəsi günü başlayacaq. Hicri-qəməri təqviminin son ayı Zilhiccə bu il oktyabrın 2-si, bazar günü başa çatacaq. Bundan sonra Məhərrəm ayının 1-i tarixi ilə 1438-ci il başlayacaq. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Report”a bildirib ki, Məhərrəm ayının başlanması ilə əlaqədar olaraq, QMİ Qazilər Şurası tərəfindən fətva veriləcək.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Məhərrəm ayının 10-da Kərbəlada şəhid ediliblər. Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə