Məhəmməd Vəliyevin saxtakarlığına niyə göz yumulur?
Məhəmməd Vəliyevin saxtakarlığına niyə göz yumulur?
15 Noyabr 2016 / 13:38 / Baxış sayı: 1072
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Vətəninfo.az-ın redaksiyasına təşrif gətirən “Azərbaycan Əfqanıstan Vetranları” İçtimai Birliyinin İdarə Heyyətinin üzvü və birliyin Nərimanov rayon təşkilatının sədri Aydın Əskərov və ƏVİB-nin fəal üzvü Aydın Vəliyev ƏVİB-də baş verən hadisələr barəsində ətraflı açıqlamalar verdilər.

İlk olaraq hər iki qonaq qeyd etdilər ki, ƏVİB-nin sədri Məhəmməd Vəliyev Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli “Azərbaycan Əvqanıstan Veteranları” İçtimai Birliyinin konfransını çağırmaq və keçirməyi qadağan edilməsi ilə bağlı qətnaməsinin olmasına baxmayaraq,işin məhkəmədə olmasını görməzdən gələrək 22 oktyabrda birliyin konfransın keçirib.Hər iki veteran bildirdilər ki, İB-in qeyri-qanuni sədri Məhəmməd Vəliyev ümumilikdə 25-26 nəfər bir araya gətirərək belə bir qanunsuz əməli törədib.

“Bizdə bu adamın keçirdiyi qeyri-qanuni konfransın video görüntüsü mövcuddur.İB-in 45-dən yuxarı rayon təşkilatı olduğu halda cəmi 10-15 rayon təşkilatı sədrin aldadaraq gətirə bilib”.

“Məhəmməd Vəliyevin kim olduğunu,onun Əfqanıstan veteranlarının təşkilatına nədən və hansı səbəblərdən bu şəkildə zərbə vurmasının səbəbi nədir”-sualımıza cavabında hər iki veteran bildirdilər ki, bu həmin Məhəmməd Vəliyevdir ki,66 sot torpaq sahəsini qanunsuz olaraq kənar şəxslərə bir sotu 30 min manatata satmaqla məşğul olub.

“Sözü gedən ərazi 18 nəfər arasında bölüşdürülüb ki,bunlardan 16 nəfərindən heç biri Əfqanıstan veteran deyildir.Yalnız 2 nəfəri Əfqanıstan Müharibəsi Veteranıdır ki,onlardan biri Cavan Əhmədovur və bu şəxsin torpaq sahəsinə ehtiyacı olmayıb.Çün ki,bu şəxsin Əhmədli qəsəbəsində 5 otaqlı mənzili mövcuddur”.Bu şəxsin ƏVİB-dən üçüncü kəs torpaq sahəsi aldığını qeyd edən veteranlar onu da bəyan etdilər ki, digər şəxs isə Mirşamil Hadıyevdir ki,onun da çoxotaqlı mənzili mövcuddur.

“Torpaq sahəsinə ehtiyacı olan,illərdir ev növbəsində duran veteranlar isə köməksiz halda buraxılıblar.Biz sizin vasitənizlə Ali Baş Komandanımız ,ölkə prezidenti cənab İlham Əliyevə müraciət edirik. Bəyan edirik ki, Əfqanıstan müharibəsinin veteranları adından saxtakarıq edilərək birliyin sədri Məhəmməd Vəliyev milyonlar əldə edib və əldə etdiyi milyonlardan birlik üzvülərinin mənzil-məişət problemlərinin aradan qaldırılması üçün hansısa bir addım atılmayıb”.Redaksiyamıza təşrif buyuran hər iki Əfqanıstan müharibəsi veteranı bəyan etdilər ki, Məhəmməd Vəliyev təkçə torpaq satmaqla məşğul olmadığı kimi Azərbaycan Respublikasının qanunların da saymazyana yanaşmaqdadır.

“Bu adam Sabunçu rayon Məhkəməsinin vermiş olduğu qərarı görməzdən gəlir.Əfqanıstan Müharibəsi Veteranlarına aydiyatı olmayanları ətrafına toplayaraq qanunsuz konfrans keçirir. Məhəmməd Vəliyevin keçmişi ciddi şəkildə araşdırılmalıdır.Bu həmin Məhəmməd Vəliyevdir ki, 1994-cü ildə Əfqanıstan Veteranları İttifaqının nəznində yaradılan və özünün rəhbəri olduğu “Araz-1” firmasının xətti ilə Aqrar-Sənaye Bankından 380 min ABŞ dolları məbləğində kredit götürüb.Həmin pulları isə Rusiya Federasiyasının Astarxan şəhərindəki kazinoda qumara qoyaraq uduzub. Bu şəxs 380 min ABŞ dolları məbləğindəki krediti qaytarmayıb.Məhəmməd Vəliyev RF-sı ərazisində törətdiyi digər əməllərinə görə Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarətə götürülərək həbs edilib.9 ay FTX-nin təcridxanasında saxlanılıb.Belə bir mühüm təhlükəsizlik xidmətinin təcridxanasından çıxmağın asan bir iş olmadığı bəllidir.Məhz o arxalandığı bu cür qüvvələrdən aldığı dəstək nəticəsində 1997-ci və 2005-ci illərdə ƏVİ-də içtimai çevrilişlər etməyi bacarmışdı”. Onun əməlləri bitib tükənmək bilmir deyən Aydın Vəliyev və Aydın Əsgərov daha sonar qeyd etdilər ki, Azərbaycan Əfqanıstan Veteranları İçtimai Birliyinin sonuncu konfransı 13.08.2005-ci ildə keçkrilib və bu keçirilən konfransda 62 nəfər iştirak edib. 2005-ci ildən bu yana isə İB-yin konfransı keçirilməyib.Məhəmməd Vəliyev müxtəlif bəhanələr gətirərək konfransın keçirilməsin yubadıb. Aydın Vəliyev və Aydın Əsgərov onu da qeyd etdilər ki, ədliyyə nazirliyi Məhəmməd Vəliyevin keçirdiyi saxta konfransla bağlı ölçü götürməlidir. “Çün ki, Məhkəmə qərarı var və Məhəmməd Vəliyev hər hansı bir konfrans çağırmaq səlahiyyətinə malik deyildir.İndi Sabunçu Rayon Məhkəməsinin Məhəmməd Vəliyev və ona xidmət edənlərin səlahiyətlərini dondurması ilə bağlı qərarı olduğu halda,qeyri-qanunu,tələm-tələsik konfrans keçirməsinin adını qoymaq çətindir.Bu adam ƏVİB-nin 80 kv.m sahəsi olan ofisini 5 yüz min manata satmasın kim araşdıracaq?.Hansı səbəbə Məhəmməd Vəliyev ƏVİB-in İH-nin qərarı olmadan birliyin ofisini Əmlak Komitəsinə geri qaytarır və mümmalı şəkildə ofiisn binası satılır? Bunun əvəzində Müdafiə Nazirliyinin Kaveroçkin küçəsi 36 ünvanda yerləşən binanın zirzəmisində 350 kv.m qeyri-yaşsyış sahəsi MN-nin maddi-texniki təminat üzrə müavini-maddi-texniki Təminat Baş İdarəsi rəisinin 09.06.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən ƏVİB-nə qoruyub saxlamaq və daha səmərəli istifadə etmk məqsədi ilə təhvil verilib. MN-nin Maddi-Texniki Təminat üzrə müavini-Maddi-Texniki Təminat Baş İdarəsinin rəisivəzifəsin icra edən polkovnik Fuad Məmmədovun imzaladığı 03.12.2015-ci il tarixli 2/1398 saylı məktubuna inansaq ƏVİB-nə 350 kv.m sahə ayrılıb.Amma həqiqətdə isə bir otaq verilib.Yəni Məhəmməd Vəliyev burda da fırıldağa əl atıb ki,yenə də özünün maddi maraqların əsas tutub.MN-dən belə bir yerin ona verilməsinin arxasında gizlənən səbəb isə, ƏVİB-nin 80 kv.m sahəsi olan ofisinin satılmasının ört-bas edilməsi dayanır”. Hər iki Əvqanıstan vetranı bəyan etdilər ki, yuxarıda səsləndirdikləri bütün faktlar məhkəməyə təqdim olunub. ƏVİB-nin qeyri-qanuni satılan 80 kv.m sahəsi olan ofisinin geri alınması ilə bağlı isə yaxın zamanlarda Azərbaycan Respublikası İqtisad Məhkəməsinə müraciət edərək məhkəmə müstəvisində araşdırılmasın tələb edəcəklər.

Redaksiyadan: Bir daha bəyan edirik ki, yuxarıda səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeini də dərc etməyə hazxırıq.

Vətəninfo.az







Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə