Məhəbbət Vəliyeva hara baxır? Məktəblərdə biabırçı olaylar…
Məhəbbət Vəliyeva hara baxır? Məktəblərdə biabırçı olaylar…
28 Sentyabr 2016 / 15:04 / Baxış sayı: 546
Font1 Font2 Font3 Font4
Bizimxeber

Təhsil Nazirliyi bağlanıb, yoxsa? Telefonlara cavab verən yoxdur…   

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyi orta məktəblərdə baş verənlərlə bağlı nə zaman narahat olacaq? Bu indi günün ən vacib suallarından biridir. Belə ki, orta məktəblərdəki vəziyyətə, təhsil prossesinə nəzarət mexanizminə malik olan bu qurum və onun rəhbərliyi sözün həqiqi mənasında baş verənlərdən narahat deyil. 

Təhsildə rüşvət, korrupsiya faktının olmadığını ağız dolusu ilə deyən nazir Mikayıl Cabbarov yanılır. Çünki, orta məktəblərdə rüşvət də var, elə korrupsiya da. Özü də lap gözlə görünən formada. Bu halların varlığını direktorların əməllərini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva da əla bilir. Sadəcə özünü görməzliyə vurmaqla vaxt udur. Əcəba, hamının xəbəri varsa, nədən bunların xəbəri yoxdur?

Belə ki, Bizimxeber.az daxil olan məlumata görə, bu ildən ölkədə məktəbəqədər hazırlıq sistemi yaradılıb ki, uşaqlarımız növbəti il üçün dərsə hazırlıqlı olsun. Əslində nazir Mikayıl Cabbarovun bu addımını alqışlamaq olardı, amma…

Bəli, əmma böyükdür. Kasıb, imkanı olmayan insanların övladlarına yenə kənarda dayanıb baxmaqdan başqa bir yol qoymayıblar. “Yerimiz dolub”, “bir az tez gəlsəydiniz yaxşı müəllimənin sinifinə yazardıq”, “rus dili siniflərimizdəki müəllimlərlə özünüz danışın” və sairə. 

Belə çıxır ki, imkanlı valideynin uşağı yaxşı müəllimənin yanında təhsil almalıdır, kasib övladı isə başqa müəllimənin? 

Əcəba, görəsən, nazir Mikayıl Cabbarov, idarə rəisi Məhəbbət Vəliyeva və bu sahəyə aidiyyatı olan rüşvətxor direktorlar özləri necə təhsil alıblar? Onlar da sifarişlə, rüşvətlə, xahiş minnətlə yaxşı müəllimənin yanında təhsil alıblar, yoxsa? Bəlkə belə olub?

Bundan əlavə, övladını rus dili bölməsində oxutmaq istəyən valideyn nədən direktora 200 manat verməldir? Buna kim haqq verir? Bu puldan nazirə və ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisinə çatırmı? Çatmırsa, buyursunlar araşdırsınlar ki, rus dilindən anlayışı olmayan uşaqlar hansı əsasla rus bölməsinə qəbul edilib? Bəs onda rus dilində normal danışan uşaqların valideynləri niyə “yerimiz yoxdur” cavabı almalıdırlar?

Budurmu, Mikayıl Cabbarovun analoqsuz təhsili? Buna təhsil demək olarsa day sözümüz yoxdur. 

Məlumata görə, prosess Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyevanın tam nəzarəti altında aparılsa da, direktorların əməllərindən xəbərdar olsa da göz yumulur. Səbəblər də bəllidir. Çünki, indi məktəb direktorlarının qazanc yeri yalnız budur. Məktəblər üçün ayrılan vəsait direktorların əlinə gəlib çatmır. Elə nazirlikdəcə yoxa çıxır. Təsəvvür edin, məktəb direktorunun möhürü belə əllərindən alınıb… Bu Mikayıl Cabbarovun qurduğu sistemdir ki, heç də uğurlu gələcək vəd etmir.

Daha geniş araşdırma yazısı yaxın günlərdə.

Heç bir tərəfin mövqeyini dərc etmək niyyətində deyilik. Çünki, istər Təhsil nazirliyinə, istərsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəyə etdiyimiz saysız zənglərə cavab verən olmadı. Odur ki, baş verənləri çılpaqlığı ilə cəmiyyətə göstərmək lazımdır ki, biz də bunu edirik.

Ədil Hüseynli
Bizimxeber.az



Məhəbbət Vəliyeva hara baxır? Məktəblərdə biabırçı olaylar… yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə