Lukaşenkodan maraqlı açıqlama: “SSRİ yuyucu toz qıtlığına görə dağıldı”
Lukaşenkodan maraqlı açıqlama: “SSRİ yuyucu toz qıtlığına görə dağıldı”
17 Noyabr 2016 / 18:17 / Baxış sayı: 1122
Font1 Font2 Font3 Font4
Bizimxeber

Belarusiya prezidenti Aleksandr Lukaşenko SSRİ-nin dağılmasına özünəməxsus, heç kəsin xəyalına belə gəlməyən səbəb göstərib.

Bizimxeber.az xəbər verir ki, Minskdə rus KİV-ləri üçün düzənlənən press-konfransda Aleksandr Lukaşenko Sovet İttifaqının dağılmasının səbəblərinə də toxunub və keçmişin səhvlərindən nəticə çıxarmağa çağırıb.
Belarusiya prezidentinin rəyinə görə Belarusiya və Rusiya özlərinin tələbat bazarlarını yerli mallarla təmin etməlidirlər.
Lukaşenkonun sözlərinə görə SSRİ kimi nəhəng dövlətin dağılmasına yuyucu tozların çatışmamazlığı səbəb olub.
” Biz nəhayət Sovet İttifaqının səhvlərindən nəticə çıxarmalıyıq. SSRİ-nin dağılma səbəbləri? Yuyucu tozlar tapılmırdı. 10-20- qutu xarici yuyucu toz almaq üçün növbəyə duran qadınlara baxmaq mənə çox ağır idi” deyə Lukaşenko bildirib.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə