Lukaşenko İlham Əliyevlə görüşünün anonsunu verdi
Lukaşenko İlham Əliyevlə görüşünün anonsunu verdi
28 Oktyabr 2016 / 13:14 / Baxış sayı: 1018
Font1 Font2 Font3 Font4
Bizimxeber

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüb. BELTA bildirir ki, görüş zamanı Lukaşenko vurğulayıb ki, Minsk sülh danışıqları meydançasında öhdəliklərini yerinə yetirir.

Belarus prezidenti Azərbaycan hakimiyyətini referendumun baş tutmasına görə təbrik edib: “Bu nəticə Azərbaycan xalqının bu çətin vaxtda hakimiyyətə münasibətinin ən yaxşı təsdiqidir. Və bu, çox böyük qələbədir. Bunun dünyada necə qiymətləndirildiyini bilirəm. Ölkənizin imici xeyli yüksəldi. Mən dostumla 28-29 noyabr tarixlərində görüşmək barədə razılığa gəlmişəm”.

Eyyubov görüş zamanı qeyd edib ki, Belarus və prezident Lukaşenko Azərbaycan dövləti və xalqına çox yaxın və doğmadır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə