“Lufthansa”nın Bakı reysləri təxirə salındı
“Lufthansa”nın Bakı reysləri təxirə salındı
30 Noyabr 2016 / 21:10 / Baxış sayı: 860
Font1 Font2 Font3 Font4
Bizimxeber

Almaniyanın “Lufthansa” aviaşirkətinin əməkdaşlarının tətili nəticəsində bugünkü Bakı reysləri təxirə salınıb.

Bu barədə Trend-ə “Lufthansa”nın Bakı ofisindən məlumat verilib.

Məlumata görə, bu günə iki reys planlaşdırılmışdı: Aşqabad-Bakı və Bakı-Frankfurt.

Dekabrın 2 və 3-nə planlaşdırılan reyslərin isə cədvələ uyğun olaraq həyata keçiriləcəyi bildirilib.

RİA Novosti-nin məlumatına görə, tətil səbəbindən “Lufthansa”nın noyabrın 29 və 30-na təyin olunan 1700 reysi, o cümlədən 88 qitələrarası reys təxirə salınıb.

Qeyd edək ki, tətil edən pilotlar əməkhaqlarının 22 faiz artırılmasını tələb edirlər.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə