Lotu Qulinin yaxın adamının cəzası azaldıldı – DOSYE
Lotu Qulinin yaxın adamının cəzası azaldıldı – DOSYE
06 Oktyabr 2016 / 16:19 / Baxış sayı: 834
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Rusiyada qətldə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə keçirilib.

Lent.az-ın  məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarı ilə onun cəzası Azərbaycan qanunvericiliynə uyğunlaşdırılıb, Rusiyada verilən 21 il azadlıqdan məhrum edilmə cəzası 1 il azaldılıb.

Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham olunub.

O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.

E.Məmmədov kriminal aləmdə “Siqan” ləqəbi ilə tanınır.

“Siqan” hazırda Qobustan həbsxanasında cəza çəkən Lotu “Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamlarındadır. Rusiya saytları yazır ki, Elmir Məmmədov, habelə Samin Paşayev (Kikbokser), Rüstəm Əliyev (Alyoşa), Tural Nəcəfov (Paşa Dvijeniya), Nazim Əzizov və Vilayət Məmmədov (Paroxod) 2008-ci ildə məhz “Quli”nin tapşırığıyla Rusiyaya gedib.

Məlumatda deyilir ki, bu dəstəyə “Paraxod” başçılıq edirmiş. Əsasən Moskvada yaşayan və çalışan azərbaycanlı iş adamlarına hədə-qorxu gələn “Paraxod” və dəstəsi onlardan bu yolla pul tələb edirmiş.  Həmin adamlara ““Quli”dən “salam” çatdıran dəstə qısa müddətdə bir neçə iş adamından külli miqdarda pul qopara bilib.

2009-cu ildə isə dəstə üzvləri artıq uzaq Sibirdə yaşayan azərbaycanlı iş adamlarından pul almağa başlayıb. Onların istədiklərini rədd etmiş iş adamı, Krasnoyarskdakı Azərbaycan diasporunun lideri Rafiq Məmmədov isə sonradan qətlə yetirilib.

Qeyd olunan dəstə 2010-cu ildə Moskvadakı avtosalon sahiblərindən birinin oğlunu qaçırıb və iş adamından 1.5 milyon dollar pul tələb edib. Salonun azərbaycanlı sahibi oğlunu xilas etmək üçün həmin pulu verir. Bir müddət sonra başqa bir azərbaycanlı iş adamından hədə yoluyla 7 milyon dollar alırlar. Məhz bu hadisədən sonra yerli polis onların izinə düşə bilir. Daha doğrusu, “Siqan” ləqəbli Elmir Məmmədovun izinə düşən polis dəstə üzvlərini həbs edə bilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə