Lotu Quli” üçün həbsxanada təmtəraqlı ad günü
Lotu Quli” üçün həbsxanada təmtəraqlı ad günü
22 Sentyabr 2016 / 11:51 / Baxış sayı: 424
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanın ən nüfuzlu “qanuni oğru”larından birinin həbsxanada ad günü keçirilib. Lent.az-ın Modern.az-a istinadən məlumatına görə, bu barədə xarici mediada məlumat verilib. Təntənəli mərasimin qəhrəmanı “oğru” aləmində “Quli” ləqəbi ilə tanınan Nadir Səlifovdur.

“Bu gün oğru anadan olub! – deyə mərasimdəkilərdən biri “malyava” oxuyur. “Sizi alqışlayır, həbsdəkilər! Sizi şad görməkdən məmnunuq, sizə cansağlığı arzulayırıq. Qardaşlar, bu gün bizim böyük qardaşımız – “qanuni oğru” Qulinin ad günüdür. Gəlin yığışaq və onu sağlığına bir fincan “çifir” qaldıraq, ona uzun ömür arzulayırıq, uğurlar, çox yaşa, çoxlu qələbələrin olsun! Bizə göstərilən diqqətə görə minnətdarlığımızı bildirirk. Öz növbəsində, o da bütün vicdanlı insanları salamlayır”.

Bütün bunlardan sonra mərasimdəki qışqırıblar: “Allah Quliyə cansağlığı versin! “Oğrulara həyat!”. Həbsxana rəhbərliyinin bu mərasimə reaksiyası haqda məlumat verilmir.

Azərbaycanın ən nüfuzlu “qanuni oğru”larından sayılan Nadir Səlifov hazırda uzunmüddətli çəzasını çəkir. Hələ 1996-cı ildə, 27 yaşında Azərbaycanda adam oğurluğu, qanunusuz silah saxlama və zorakılıq ittihamları ilə həbs edilib. İndi onun 43 yaşı var və 27 yaşında “taclandırılıb”. O, hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Qeyd edək ki, “oğru” aləmində “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov bu yaxınlarda İstanbulda qətlə yetirilən digər azərbaycanlı “qanuni oğru”, “Rövşən Lənkəranski” ləqəbi ilə tanınmış Rəvşən Canıyevlə “qanlı bıçaq” olub. “Oğru aləmi”ndə həmişə bir-birinə düşmən gözü ilə baxan bu avtoritetlərin adamları arasında bir neçə dəfə ciddi dava-dalaş baş verib.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə