Lotereyada tropik ada qazanan avstraliyalı
Lotereyada tropik ada qazanan avstraliyalı
27 İyul 2016 / 15:22 / Baxış sayı: 732
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avstraliya sakini əsas mükafatı Kusaie tropik adası olan lotoreyanın qalibi olub.

“Report” BBC-yə istinadən xəbər verir ki, adanı lotoreyaya “qoyanlar” Daq və Salli Baytslar olub. Onlar ötən əsrin 90-cı illərindən Kusaiedə yaşasalar da, nəvələrinə görə vətənlərinə – Avstraliyaya qayıtmaq qərarına gəliblər.

Uduşlu biletlərin qiyməti təxminən 50 ABŞ dolları olub. Lotoreyada 50 mindən çox insan iştirak edib. Qalibin kimliyi tam bəlli deyil, yalnız onun adının Coşua olduğu məlumdur.

Baytsların dediyinə görə, onlar adalarını normal yolla satmaq istəməyib. Satışa maraq qatmaq istəyən cütlük oğulları Adamın ideyası əsasında lotoreya təşkil edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə