Londona gedəcək jurnalistlər bəlli oldu
Londona gedəcək jurnalistlər bəlli oldu
10 Noyabr 2016 / 18:15 / Baxış sayı: 344
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az  sayt;na qurumun mətbuat xidmətindən verilən məlumata görə, Azercell Telekom MMC-nin Kaspi Təhsil Şirkəti ilə birgə təşkil etdiyi jurnalistlər üçün ingilis dili kurslarının növbəti mərhələsi başa çatıb. Noyabrın 10-da keçirilən mətbuat konfransında Londona təhsil almağa gedən daha 2 jurnalistin adı açıqlanıb. 2017-ci ildə Londona səfər edəcək qalib jurnalistlər Məmmədova Səadət və Samir Hüseynov oldular. Bu jurnalist tələbələr kurs müəllimləri tərəfindən keçirilən imtahanlarda yüksək nəticələr göstərərək Böyük Britaniyada ingilis dilini təkmilləşdirmək imkanı qazanıblar.

Tədbirdə bu il ingilis dili kursunu uğurlu başa vuran jurnalistlərə sertifikatlar təqdim olundu.

Qeyd edək ki, sözügedən layihə zamanı 6 ay ərzində mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. Nəticədə, jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Məlumat üçün bildirək ki, “Azercell” şirkəti jurnalistlər üçün xarici dil kurslarını artıq 6 ildir ki, təşkil edir. Bu günə kimi yüzlərlə KİV nümayəndəsi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Bununla da KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə “Azercell” şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olur.

Xatırladaq ki, Azercell Telekom fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı – Mediacell tarifini hazırlayıb. Azercell Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam edəcək.

“Azercell” şirkətinin təşkil etdiyi İngilis dili kurslarına növbəti qeydiyyat barədə mətbuat nümayəndələrinə əlavə məlumat veriləcək.

Bizimxeber.az

5D3_3916 5D3_3918 5D3_3933 5D3_3938 5D3_3946 5D3_3978 5D3_3983



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə