Liviya sahillərində 41 miqrantın meyiti aşkarlandı
Liviya sahillərində 41 miqrantın meyiti aşkarlandı
24 İyul 2016 / 23:59 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4
Bizimxeber

Könüllülər dəstəsi Liviya sahillərində, Sabrat şəhəri yaxınlığında 41 miqrantın meyitini aşkarlayıb.

Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Məlumata görə, onlar Avropaya dəniz yolu ilə getmək istəyiblər. Sabrat şəhər şurasının mətbuat katibi bildirib ki, miqrantlar dənizdə 5-6 gün bundan əvvəl boğulublar.

“Həmin şəxslərin meyitləri nümumələr götürülməsi üçün məhkəmə-tibb ekspertizasına verilib. Biz hesab edirik ki, onlar dənizdə batıblar”, – deyə mətbuat katibi bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, yanvarın 1-dən iyulun 6-dək Avropaya dəniz yolu ilə 230885 nəfər gəlib. O cümlədən Yunanıstana 158527 nəfər miqrant və qaçqın, İtaliyaya isə 70978 nəfər üz tutub. 2920 miqrant, qaçqın ölüb və ya itkin düşüb.(“Report”)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə