Liderlərin görüşündə rəsmi Bakının mövqeyi
Liderlərin görüşündə rəsmi Bakının mövqeyi
05 Avqust 2016 / 14:44 / Baxış sayı: 586
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avqustun 8-i Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri – İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşü keçiriləcək. Prezidentlər həm ikitərəfli, həm də üç tərəfli formatda görüşəcəklər. Görüşdə beynəlxalq gündəlikdə olan məsələlər, habelə energetika və nəqliyyat sahəsindəki tərəfdaşlıq məsələlərini müzakirə olunacaq. 

Putinin Bakı səfərindən sonra isə Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-u rusiyalı həmkarı Vladimir Putinin dəvəti əsasında Moskvaya səfər edəcək.

Putinin Bakıya nəzərdə tutulan səfərini və ardınca Sarkisyanın Mosvaya dəvətini şərh edən politoloq Fikrət Sadıqov AzVision.az-a bildirib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirəcəyi görüş mühüm əhəmiyyət kəsb edir:

“Üç ölkə prezidentinin Bakı görüşü zamanı nəqliyyat, regional təhlükəsizlik, terorrizmə, ekstremizmə qarşı mübarizə kimi vacib məsələlər müzakirə olunacaq. Hesab edirəm ki, nəqliyyat layihəsi çox mühüm və miqyaslıdır. Bu layihənin iştirakçısı Rusiya, İran və Azərbaycandır. Azərbaycan üçün bu dəhlizin yaranması üçün olduqca mühümdür. Bununla belə əminəm ki, görüşlər zamanı Dağlıq Qarabağ məsələsi də mütləq müzakirə predmeti olacaq. Çünki, İran ATƏT-in Minsk qrupuna üzv olmasa da regional dövlətdir. Münaqişənin həllində əsas oyunçu isə Rusiyadır. Ona görə də bu məsələdə Rusiyanın müəyyən təklifləri ola bilər. Çünki, geosiyasi vəziyyət dəyişib. Bir tərəfdən Qərb-Rusiya qarşıdurması davam edir. Digər tərəfdən isə Türkiyə Qərblə qarşıdurma formatına keçib. Eyni zamanda Ermənistanda daxili vəziyyət gərgin olaraq qalır. Ermənistanın müttəfiqi kimi bu hal Rusiyanı da narahat etməyə bilməz”.

Politoloq qeyd edib ki, görüşlərdə Azərbaycan öz təkliflərini verəcək: “Təkliflər dedikdə ilk növbədə işğal olunmuş torpaqların azad olunması məsələsinin tezləşdirilməsini nəzərdə tuturam. Hesab edirəm ki, bu proses tezliklə başlamalıdır. Təsadüfi deyil ki, Putin Azərbaycandan qayıtdıqdan sonra Moskvada Sarkisyanı qəbul edəcək və bütün bu məsələlər onunla müzakirə ediləcək. Halbuki belə bir hadisələr fonunda bu müzakirələr gedirsə, düşünürəm ki. Rusiyanın müəyyən rolu olmalıdır. Yəni, Rusiya Dağlıq Qarabağ məsələsində Ermənistana təzyiq etməlidir.

Əminliklə deyə bilmərəm ki, bu məsələ Rusiyanın tam nəzarəti altındadır. Çünki, Rusiyanın regionun aparıcı oyunçusu olması danılmaz bir faktdır. Düşünrəm ki, Azərbaycan prezidentilə Putinin görüşü zamanı yeni ideyalar, təkliflər müzakirə oluna bilər. Bu isə işğal olunan torpaqların azad edilməsi prosesinə təkan verə bilər. Amma, hər şey Rusiyanın Ermənistana müəyyən təzyiqlərindən asılıdır. Bu təzyiqlər olmasa, Ermənistan tutduğu mövqedən dönməyəcək. Hətta erməni tərəfinin buna işarə edən bəyanatları da səslənir. Lakin bunların hamısı Ermənistan daxilində yarana vəziyyətdən yaranan bəyanatlardır. Ona görə də hesab edirəm ki, Rusiya Ermənistana təzyiqlər etməlidir. Çünki, əks halda Ermənistanı yenidən aprel hadisələri gözləyir.

F.Sadıqov bildirib ki. Putinin Bakı səfərindən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutması ehtimal var: “Bunu istisna etmək olmaz. Çünki, prezidentlər vaxtaşırı görüşür. Vyana və Sankt-Peterburq görüşü baş tutub. Hətta müəyyən razılaşmalar da əldə olunub. Amma, görüş naminə görüş təşkil edilməsi Azərbaycanın əsas məqsədi deyil. Azərbaycan diplomatiyasının əsas məqsədi görüşlərin maraqlarına cavab verən faktiki nəticələrinin olmasıdır”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə